Lisey illərimdə diplomat olmaq istəyirdim, ancaq liseydə bununla bağlı bir məktəbdə oxuya bilmədim. O illərdə erməni terror təşkilatı ASALA bizim diplomatlarımızı şəhid edirdi. Onlara inad olaraq, onlarla mübarizə aparmaq üçün diplomat olmaq istəyirdim.
Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Antalyanın Kəpəz rayonunda lisey açılışında deyib.
"İndi ictimai elmlər liseylərində müəllimlər uşaqları yönəldəcək. Uşaqlar hansı peşəyə yiyələnmək istəyirlərsə, bu liseylər hazırlayacaq", - Çavuşoğlu bildirib.