ABŞ Rusiya, Çin və Koreya Xalq Demokratik Respublikasının (KXDR) təhdidləri qarşısında heç vaxt olmadığı qədər zəifdir.
Bu haqda “National Interest” nəşri yazır.
Nəşrə danışan Amerika eksperti Piter Praya bildirib ki, ABŞ hərbi münaqişə halında bu ölkələrə cavab verə bilməyəcək. Qeyd edilir ki, Şimali Koreya onlarla nüvə döyüş başlığına malikdir. Son il ərzində KXDR həmçinin qitələrarası ballistik raketlərin müxtəlif növlərinin quraşdırılması üçün texnologiyanın hazırlanmasında irəliləyib.
Ekspertin fikrincə, Vaşinqton həmçinin Moskva tərəfindən potensial təhlükə qarşısında müdafiəsizdir. Onun qiymətləndirməsinə görə, Rusiya nüvə silahının ehtiyatına görə Amerikanı əhəmiyyətli dərəcədə qabaqlayır. Nəşrdə həmçinin qeyd edilir ki, Rusiya nüvə müharibəsinə hazırlıq olaraq yeraltı şəhərlər və komanda qərargah mərkəzlərini tikməyi planlaşdırırdı. Bildirilir ki, buradan ölkənin siyasi və hərbi rəhbərliyi Birləşmiş Ştatlarla müharibəni apara və qələbə qazana bilər.
Materialın müəllifi həmçinin qeyd edir ki, Rusiya ABŞ tərəfindən buraxılmış döyüş başlıqlarının əksəriyyətini vura bilər.
Bundan başqa, ABŞ-ın Çin qarşısında müdafiəsiz olduğu bildirilir. Çin yeraltı tunellərində nüvə döyüş başlıqları ilə təchiz edilmiş yüzlərlə mobil ballistik raket yerləşməyə qadirdir. Qeyd edilir ki, onların miqdarı ABŞ-ın arsenalını əhəmiyyətli dərəcədə qabaqlahır.
Materialın müəllifi yekunlaşdıraraq vurğulayır ki, Amerika hakimiyyəti ölkənin nüvə potensialını gücləndirməli və Strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə müqavilənin (SNV-3)icrasından imtina etməlidir.(publika)