İstanbulun Davudpaşa bölgəsində yerləşən dördmərtəbəli fabrik binasında yanğın baş verib.
Yerli vaxtla 07:45-də başlayan yanğının söndürülməsi istiqamətində işlər hələ də davam etdirilir.
Məlumata görə, yanğın zamanı fabrikdə işçilər olsa da, onlar vaxtında binanı tərk edə biliblər. İstanbul yanğınsöndürmə xidmətinin 74 texnikasının və 185 nəfərlik şəxsi heyətinin cəlb olunduğu yanğının hazırda qismən nəzarətə alındığı qeyd olunub.