"ABŞ-ın hərəkəti təhlükəli və şübhəlidir" - Türkiyənin müdafiə naziri | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


"ABŞ-ın hərəkəti təhlükəli və şübhəlidir" - Türkiyənin müdafiə naziri

Dünya A- A A+
ABŞ-ın Türkiyəyə F-35 qırıcılarını satmaqdan imtina etmək niyyəti təhlükəli və şübhəlidir.
 
Bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.
 
Nazir bildirib ki, prinsipcə Birləşmiş Ştatların Türkiyəyə F-35 qırıcılarını verməkdən imtina etmək haqqı yoxdur, çünki Türkiyə NATO-nun üzvüdür:
 
"100 ədəd F-35 qırıcısı almaq üçün Türkiyə 11 milyard dollar xərcləyəcək. İndiyədək biz 800 milyon dollardan çox vəsait xərcləmişik".
 
Xatırladaq ki, bundan əvvəl Vaşinqton və Ankara 100-ə yaxın F-35 qırıcısının tədarükünü razılaşdırıblar. Belə ki, Türkiyə hökuməti və "Lockheed Martin" şirkəti arasında müvafiq müqavilə 2017-ci ildə imzalanıb.
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-ın Demokaratik Partiyasının nümayəndələri Türkiyəyə 5-ci nəsil F-35 qırıcılarının tədarükündən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Onlar buna səbəb kimi Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərinin almasını göstəriblər.
 
Xarici işlər naziri Mövlud Çavuşoğlu isə bəyan edib ki, əgər Vaşinqton razılaşmadan imtina etsə, Türkiyə hakimiyyəti cavab tədbirləri görəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...