YPG-çilərin Menbiçdən çıxmasına şəxsən özümüz nəzarət edəcəyik. Yəni şəhəri tərk etdiklərindən əmin olacağıq.
Bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Planın icrasına başladıq, davamı gələcək. Tezliklə Menbiçi təmizləyib, digər şəhərlərə keçəcəyik. Məqsədimiz YPG-ni nəzarətdə saxladığı bütün bölgələrdən çıxarmaqdır. Ordumuz şəhərin içinə də girəcək, amma bunlar mərhələ-mərhələ olacaq. Bilirsiniz ki, türk əsgəri bir işə başladısa, bunu uğurla başa vurur. “Fərat qalxanı”nda, Afrində olduğu kimi”, - Çavuşoğlu bildirib.