ABŞ-ın polad və alüminiumun idxalı ilə bağlı tətbiq etdiyi vergi rüsumlarına qarşı Rusiya adekvat cavab verəcək.
Bu sözləri Rusiya İqtisadiyyat naziri Maksim Oreşkin deyib.
O bildirib ki, ABŞ-ın bu qərarına cavab olaraq bu ölkədən idxal edilən bəzi mallara vergi rüsumları tətbiq ediləcək.
Nazir qeyd edib ki, tətbiq ediləcək rüsumlar Rusiyanın makroiqtisadiyyatına təsir göstərməyəcək.