"İran rejiminin sonunun yaxınlaşdığını görürük" Trampın adamı

Dünya 12:14 02.07.2018

ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan “Xalqın Mücahidləri Təşkilatı”nın toplantısına qatılıb.

Xarici media xəbər verir ki, Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.

O, İrana qarşı sanksiyaların artacağını bildirib.

“İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm”, - vəkili deyib.

Bir vaxtlar ABŞ və Avropanın “terror siyahısı”na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu “İran Mücahidləri Təşkilatı”nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.

ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib.

Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Con Bolton da ötən il toplantıya fəxri qonaq olaraq qatılmışdı.

Toplantıda çıxış edən Məryəm Rəcavi də İranda rejimin dağılmasının qaçılmaz olduğunu vurğulayıb.

Su çirkliliyi və çatışmazlığı

İqtisadi çətinliklərlə mübarizə edən İranda sular durulmur. Milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar ötən həftə küçələrə axışan İran xalqı bu dəfə içməli sularda çirklilik və su çatışmazlığına etiraz etmək üçün meydanları doldurub. Neftlə zəngin olan Xuzistan əyalətinə bağlı və əhalinin çoxu ərəblərdən ibarət olan Xürrəmşehr və Abadan şəhərlərində minlərlə insan su çirkliliyi və su çatışmazlığına etiraz etmək üçün ötən həftənin cümə günündən aksiyalara başlayıb.

Yağış və su ehtiyatlarının azalması səbəbiylə quraqlıq ölkəni “su böhranı”na aparır. Su borularından gələn suyun çirkli və duzlu olması səbəbiylə insanlar suyu maşınlardan almaq məcburiyyətində qalırlar. Xəbərlərə görə, Xuzistan əyalətinə bağlı Ramhürmüz və El-Fars bölgələrində 230 nəfər sudan zəhərlənib.

Cümə günü başlayan dinc aksiyalar nümayişçilərin təhlükəsizlik güclərinə daşla hücum etməsi səbəbiylə bazar günü qarşıdurmaya çevrildi. Qeyri-rəsmi məlumatlara görə, nümayişləri dağıtmaq istəyən polisin atəş açması nəticəsində 4 nəfər həyatını itirdi. Polisin nümayişçilərə qarşı zorakılığı sosial şəbəkələrdə yayılan görüntülərdə də əksini tapıb.

Tehran isə aksiyalarda insanların ölməsi barədə iddiaları rədd etdi.

İsrailin barmağı?

İran rəhbərliyi aksiyaların arxasında Qərbin və İsrailin əlinin olduğunu iddia edir. İsraildən və Qərbdən səslənən son bəyanatlara diqqət yetirsən, bu iddiaların əsassız olmadğını demək olar.

Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində ingilis dillndə videomüraciətində sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları internetə çıxaracağına bildirib. Baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək.

O, İran hakimiyyətinin məlumatını səsləndirib. Bu məlumata görə, ölkənin 96 faizi quraqlığa bu və ya digər dərəcədə meyillidir. 50 milyon sakinin iqlim dəyişikliklərinə görə öz evlərini tərk etməyə məcbur ola biləcəyi deyilir.

“İsrail İranda ekoloji faciənin qarşısını almağın yolunu bilir. Mən bunu İran xalqı ilə bölüşmək istəyirəm. Biz yağış sularının yenidən emal olunması, məhsulun xilası və ailələrin yedizdirilməsi barədə təlimatları internetdə yerləşdirəcəyik”, - Netanyahu deyib.

Baş nazir İranda səsləndirilən “İsrailə ölüm!” şüarlarını xatırladıb: “İran rejimi qışqırır: “İsrailə ölüm”. İsrail isə cavabında qışqırır: “İran xalqının həyatı. Ləyaqətli İran xalqı amansız rejimə qarşı tək durmamalıdır. Biz sizinləyik”.

Netanyahu bir neçə gün əvvəl isə etdiyi videomüraciətində İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyinə ümid etdiyini bildirib. Baş nazir hava çirklənməsi, su çatışmazlığı və terrora xərclənən milyardlarla vəsait kimi xalqa İranın çoxsaylı problemlərini xatırladıb. Bu problemlərin həllinin hamısının açarının İran xalqının olduğunu deyən İsrail hökumətinin başçısı xatırladıb ki, "Teleqram"da fars dilində suyu qoruyub saxlamağın qaydalarını yerləşdirib.

İranın Xarici İşlər Nazirliyi bu bəyanatları üsyan çağırışı kimi qiymətləndirdi və Təl-Əvivə öz işləri ilə məşğul olmağı məsləhət gördü. (publika)

Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO

Xəbər xətti

Boşanmaq istəyənlər 15 dollar ÖDƏYƏCƏK – Azərbaycanda yeni qanun
14:11 23.04.2024
Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olundu
14:07 23.04.2024
Azərbaycanda elektron siqaretlər qadağan oluna BİLƏR
13:59 23.04.2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
13:55 23.04.2024
Azər Həsrət Fetisov Jurnalistika Mükafatlarının təqdimatına qatılıb
13:50 23.04.2024
Ermənilər etnik azərbaycanlıların geri qayıtmaması üçün mina tələləri qurublar - Azərbaycan nümayəndəsi
13:46 23.04.2024
Parlamentdə Azərbaycanda vətəndaş nikahının artması barədə məsələ qaldırılıb, sədr bunu qanunsuz adlandırıb
13:40 23.04.2024
XİN müavini Haaqada ermənilərin faşist idealogiyasını üzə ÇIXARIB
13:31 23.04.2024
"Ermənistan işğal etdiyi əraziləri viran qoyub" - Elnur Məmmədov
13:20 23.04.2024
Sabah Bakıda 29 dərəcə isti olacaq – PROQNOZ
13:19 23.04.2024
Azərbaycanda yeni dövlət rüsumu MÜƏYYƏNLƏŞİR
13:10 23.04.2024
Alkoqollu içkilərin idxalı və istehsalı sahəsində yeni şərtlər müəyyənləşdirilir
13:05 23.04.2024
Körpələr evindəki qanunsuzluqlarla bağlı cinayət işi BAŞLANDI
12:58 23.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
12:49 23.04.2024
Hərbi xidmətdən yayınmaları təşkil etməkdə təqsirləndirilən şirkət rəhbərinin məhkəməsi BAŞLAYIR
12:43 23.04.2024
Almaniya Rusiya ilə müharibəyə hazırlaşır
12:42 23.04.2024
Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşdü
12:39 23.04.2024
Qazaxla sərhəddə ermənilər arasında dava düşdü - VİDEO
12:36 23.04.2024
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
Cənubi Koreya Ukraynaya aşağı faizli kreditlər verəcək
12:34 23.04.2024
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
Ukrayna Prezidenti Zelenski COP29-a dəvət edildi - FOTO
12:27 23.04.2024
Umud Mirzəyev: "Revanşist siyasət Ermənistanı fəlakətə apardı"
12:22 23.04.2024
Azərbaycan və Albaniya arasında viza rejimi ləğv edilir
12:15 23.04.2024
Çin ABŞ qadağalarına məhəl qoymur
Çin ABŞ qadağalarına məhəl qoymur
12:10 23.04.2024
Haaqada “Ermənistan Azərbaycana qarşı” işi üzrə Azərbaycan nümayəndəliyinin növbəti müdafiəsi keçirilir - CANLI - VİDEO
12:09 23.04.2024
ATƏT Qərbi Azərbaycanlıların geri qayıdış hüququnu dəstəkləməlidir - BƏYANAT
12:05 23.04.2024
Siyavuş Novruzov: “Əli Kərimlinin cəsarəti çatırsa, gəlsin, ona başa salaq ki..."
11:52 23.04.2024
Aİ yenidən Rusiya qazına üz tutdu
Aİ yenidən Rusiya qazına üz tutdu
11:50 23.04.2024
Ermənistan nümayəndəsindən Haaqa məhkəməsində kobud SƏHV - VİDEO
11:49 23.04.2024
RƏSMİ! Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı
11:41 23.04.2024
Ermənistan DİN minatəmizləmə işlərinin aparılması üçün Bağanis-Voskepar yolunu bağlayıb
11:31 23.04.2024
Bu qaydanı pozan sürücülər 200 AZN CƏRİMƏLƏNƏCƏK – RƏSMİ
11:15 23.04.2024
Sosial ödənişlər 25 apreldə yekunlaşacaq
11:10 23.04.2024
Milli Məclisin növbəti iclası başlayıb
11:04 23.04.2024
Ermənistandan Azərbaycana qarşı növbəti əsassız İDDİA - VİDEO
11:04 23.04.2024
Sülhməramlıların Qarabağı tərk etməsi, Cənubi Qafqazda sülh, III Dünya Müharibəsi? - Politoloq Əlimusa İbrahimovla MÜSAHİBƏ
11:00 23.04.2024
Rəsmi Tehran: "İran Azərbaycan və Ermənistan arasında razılaşmalara hörmətlə yanaşır"
10:55 23.04.2024
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
Sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - VİDEO
10:32 23.04.2024
Ermənilər Aşağı Əskiparadan toplanan minaları partladacaq
10:27 23.04.2024
2 nəfər Çinli casusluqda ittiham olunur
2 nəfər Çinli casusluqda ittiham olunur
10:20 23.04.2024
Politoloq: "İran Azərbaycanı özü üçün potensial təhdid görür" - ŞƏRH
10:13 23.04.2024
Hamısı