Rusiya Prezident Administrasiyasının rəhbərinin birinci müavini, daxili siyasi bloku kurasiya edən Sergey Kiriyenkoya Rusiya Qəhrəmanı adı verilib.
Bu barədə məlumatı “Kommersant” qəzeti yayıb. Kiriyenkoya bu adın Rusiya Prezidenti Vladimir Putinin məxfi qərarı ilə verildiyi idda edilib.
Kiriyenko bu ada atom sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə layiq görülüb. Həmçinin “Rosatom”un digər əməkdaşları da bu adı alıblar.
Baş nazirin müdafiə sənaye kompleksi üzrə müavini Yuri Borisov da Rusiya Qəhrəmanı olub.
Qeyd edək ki, bu ali titul Rusiya prezidenti tərəfindən qəhrəmanlıq göstərərək dövlət və xalq qarşısında xidmətə görə verilir. Titulu alan şəxslərə həmçinin “Qızıl ulduz” medalı da təqdim edilir.
Kiriyenko 2016-cı ilin oktyabrından Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini vəzifəsini tutub. 2005-ci ilə qədər o, “Rosatom”a rəhbərlik edib.