Kanada hökuməti Fort McMurray bölgəsində davam edən meşə yanğınıyla əlaqədar 6 ölkənin yardım tǝklifini qǝbul etmǝyib.
Baş nazir Castin Trüdo yanğını söndürmǝk üçün yardım tǝklif edǝn Amerika Birləşmiş Ştatları, Rusiya, Fələstin, Meksika, Avstraliya və İsrailə yanğını söndürmǝ fǝaliyyǝtlǝrinin davam etdiyini, mövcud vǝziyyǝtdǝ beynəlxalq ictimaiyyǝtin yardımına zǝrurǝt olmadığını ifadǝ edǝrǝk minnǝtdarlığını bildirib.
Digər tərəfdən, yanğın hadisǝsindǝn sonra ilk dəfə bir nümayǝndǝ heyətiylǝ Fort McMurray bölgəsinə gedən Alberta Əyalətinin Baş naziri Raçel Notley, yanğında 2 min 400 binanın kül olduğunu, zərər görən evlərin vǝ məhəllələrin yenidən bǝrpa edilǝcǝyini bildirib.
Digǝr tǝrǝfdǝn yanğın səbəbiylə evakuasiya edilənlərin yerlǝşdirildiklǝri Edmonton şəhərindəki düşǝrgǝdǝ, mədə virusu epidemiyası ortaya çıxıb.
Northlands bölgəsindəki mərkəzdə ortaya çıxan mədə virusu epidemiyasından təsirlənən 105 nǝfǝrin müalicǝ qǝbul etdiyi, ancaq virusun şəhərin bəzi bölgələrində də təsirli olmağa başladığı qeyd edilir.
Yanğından zərər çəkmiş olanlar üçün Kanada Qırmızı xaç tǝşkilatının topladığı yardım miqdarı isǝ 60 milyon dollara çatıb.