Fransa Rusiyada keçirilən futbol üzrə dünya çempionatının qalibi olandan sonra fransızlar küçələrə axışıb.
Qalibiyyəti qeydə etmək üçün küçələrə çıxan insanlar mağazalara hücum edərək, əllərinə keçəni oğurlayıb, həmçinin, vitrin şüşələrini sındırıblar.
Məlumata görə, qalibiyyətin qeyd edildiyi bir çox şəhərdə hadisələr nəzarətdən çıxıb. Polislə insanlar arasında qarşıdurma yaşanıb. Nəticədə iki nəfər həyatını itirib, 45 polis əməkdaşı yaralanıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, 292 nəfər həbs edilib.