Ərdoğandan İsrailə qarşı - Şok çağırış | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Ərdoğandan İsrailə qarşı - Şok çağırış

Dünya A- A A+
Bütün dövlətləri İsrailə qarşı hərəkətə keçməyə dəvət edirəm.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlamentdəki fraksiyasının toplantısında söyləyib.
 
Ərdoğan İsrailin dövlətin yəhudi xarakterli olması barədə qəbul etdiyi qanuna da münasibət bildirib:
 
“Bu qanun İsrailin dünyada ən sionist, ən faşist, ən irqçi dövlət olduğuna heç bir şübhə yeri qoymur. İslam dünyasını, xristian aləmini, dünyanın bütün demokratik və müstəqil dövlətlərini, beynəlxalq qurumları, ictimai təşkilatlasrı, media nümayəndələrini İsrailə qarşı hərəkətə keçməyə çağırıram ".
 
Türkiyə Prezidenti bundan başqa “Hitlerin ruhu İsrailin bəzi idarəçiləri arasında yenidən xortlayıb”, - deyə vurğulayıb.

Anadolu agentliyi

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...