Jirinovskidən gözlənilməz açıqlama - "Ərdoğan devrilənə qədər…" | Eurasia Diary - ednews.net

15 Noyabr, Cümə


Jirinovskidən gözlənilməz açıqlama - "Ərdoğan devrilənə qədər…"

Dünya A- A A+

ABŞ-ın Yaxın Şərqdəki bəzi ölkələrdən getməsindən sonra oradakı situasiya Suriya ssenarisinə bənzəyəcək.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib. O, bu ölkələr sırasına Əfqanıstan, İraq və Liviyanı aid etdiyini bildirib:

“Bu dövlətlərdə Suriya variantı bərpa edilməyə başlanacaq. Əgər noyabrda keçirilən seçki Respublikaçılar Partiyasının xeyrinə başa çatsa, hansısa hərəkətlənmələr ola bilər.

Suriyanın şimalını bundan sonra da Türkiyə idarə edəcək. Bu proses Ərdoğanın hakimiyyətini itirdiyi ana qədər davam edəcək. Burada başqa rəhbərlik olacaq. Ona görə ki, türklər avropalaşmağı arzu edirlər”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...