Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın İrana qarşı sanksiyalarına münasibət bildirib.
Ərdoğan Türkiyənin ortaqları ilə münasibətlərə önəm verdiyini deyib.
“ABŞ Türkiyənin strateji tərəfdaşıdır, lakin bizim ABŞ-a görə dünyada digər ortaqlarımızla olan münasibətlərimizi kəsməyimiz müstəqillik anlayışımıza uyğun deyil. Burada bir çox proses var. Buradan (İrandan) qaz almasaq, mənim ölkəmi kim isidəcək? Biz bunları Obama dövründə ABŞ-a açıq şəkildə dedik, indi də dedik”, - deyə Ərdoğan bildirib.