Ermənistan ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır.
APA-nın xəbərə görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Sərhədi bağlayan tərəf Türkiyədir. Bizim tərəfdə sərhəd hər zaman açıq olub. Sərhədlərin açılması barədə Türkiyə qərar qəbul etməlidir. Ermənistan heç bir ilkin şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır”, - deyə N. Paşinyan söyləyib.