Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturova qarşı cinayət işi ölkənin daxili hüquqi prosesidir və cinayət işinə Ermənistan vətəndaşı cəlb edilib.
Bunu “Tert.am” saytına açıqlamasında Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.
“Söhbətin hazırkı KTMT sədrindən getdiyini və KTMT-nin avtoritetinə böyük əhəmiyyət verildiyini nəzərə alsaq, Ermənistan KTMT-dəki tərəfdaşlarına baş katibin dəyişdirilməsi prosesinin başladılmasını təklif edib. Ermənistan KTMT-nin inkişafı və gücləndirilməsinə sadiqdir və bundan sonra da bu işdə aktivliyini davam etdirəcək”, – deyə o bildirib.