Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün azadlığa buraxılan 17 yaşlı fələstinli Ahed Təmimi ilə telefon əlaqəsi yaradıb.
Dövlət başçısı cəsur qızı cəsarətindən və mübarizə əzmindən dolayı təbrik edib.
O, Təmiminin azadlığa buraxılmasının sevindirici olay olduğunu əlavə edib.
Ərdoğan bundan sonra da Fələstin xalqının haqlı mübarizəsini dəstəkləcəyəni vurğulayıb.
Xatırladaq ki, Ahed Təmimi 8 aylıq həbsdən sonra bu gün azadlığa buraxılıb.