Pakistanda federal məclis seçkilərinin qalibi türkçə paylaşımlar edərək diqqət çəkib.
Pakistanda 25 iyul tarixində keçirilən seçkilərin qalibi Pakistan Ədalət Hərəkatı partiyası olub. Türk dilində paylaşımlar edən partiya liderinin Tviter hesabında pakistanlı vətəndaşların tük dilində cavab yazması da diqqət çəkib. Onlar türk dilində Türkiyə başçısı R.T.Ərdoğana sevgilərini çatdırıblar:
Tvitlərdən birində prezident Rəcəb Tayyib Ərdoğanın Pakistan Ədalət Hərəkatı Partiyasının lideri İmran Xana zəng edərək təbrik etdiyi və partiya liderinin də ona təşəkkür etdiyi qeyd edilib:
"Rəcəb Tayyib Ərdoğan İmran Xanı qələbə münasibətilə telefonda təbrik edib".
Paylaşımlarda Pakistan-Türkiyə arasındakı diplomatik əlaqələrin daha da inkişaf etdirməyin əhəmiyyəti vurğulanıb.
Türk dilindəki paylaşım minlərlə pakistanlı tərəfindən paylaşılaraq, sosial mediada sürətlə yayılıb.
Xatırladaq ki, Pakistan Ədalət Hərəkatı partiyası üzvləri 25 iyulda keçirilən federal və əyalət məclisləri seçkilərində Milli Məclisində 116 yer qazanıb və 4 əyalətdən birini alıb.