Amerikalı diplomat dolların 7 türk lirəsi civarında olacağını bildirib.
Bunu Türkiyədə fəaliyyət göstərən Rusiya Araşdırmaları İnstitutunun rəhbəri Saleh Yılmaz Tvitter hesabında yazıb.
“ABŞ-ın Türkiyəyə iqtisadi embarqo siyahısı hazırladığı iddia edilir. Bu gün səfər zaman amerikalı diplomata “Məqsədiniz nədir?” sualını verdikdə, “Dolların 7 türk lirəsi civarında olacağını ehtimal edirik” cavabını verdi. “Bu etdiyinizlə Türkiyəni itirəcəksiniz” dediyimdə “Bəlkə də belə istəyirik” deyə bildirdi. ABŞ-ın Türkiyədə növbəti seçkilərə qədər iqtisadiyyatımızı hədəf alacağını düşünürəm. Lakin Türkiyə nə İrana, nə də Yaxın Şərq ölkələrinə bənzəyir. “Azdan az, çoxdan çox gedər” deyərlər. Bu itki adi itkilərdən olmayacaq. ABŞ itkiyə hazır olmalıdır”, - deyə institut rəhbəri bildirib.