Bu iddia müharibəyə səbəb olacaq BMT-nin məxfi məruzəsi ORTAYA ÇIXDI

Dünya 10:35 04.08.2018

Koreya Xalq Demokratik Respublikası (KXDR) Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiyalarını pozmaqla öz nüvə və raket proqramlarını inkişaf etdirməyə davam edir.

Bu haqda BMT-nin məxfi məruzəsinə istinadən “Röyters” agentliyi bildirib.

Agentliyin məlumatına görə, məruzə avqustun 3-də KXDR barəsində sanksiyalar üzrə BMT Təhlükəsizlik Şurasının komitəsinə təqdim edilib. Onun hazırlanmasında yarım il ərzində BMT-nin sanksiyalarının icrası üzrə vəziyyəti qiymətləndirən müstəqil ekspertlər iştirak ediblər.

Sənədə görə, Pxenyan Yəməndə Husi qiyamçıları da daxil olmaqla, Yaxın Şərq və Afrikanın bir sıra ölkələrinə silah satmaq cəhdlərinə təşəbbüs edir. Təşkilatın məlumatına görə, respublika Suriya ilə hərbi əməkdaşlığa davam edir.

KXDR-in BMT-dəki daimi nümayəndəliyi isə agentliyə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, bu, KXDR-in raket və nüvə proqramınından imtina etmədiyi barədə ortaya atılan ilk iddia deyil. Bir neçə gün əvvəl Amerikanın kəşfiyyat mənbələrinə istinadən “The Washington Post” qəzeti bildirib ki, ABŞ-ın kəşfiyyat xidmətləri KXDR-də yeni raketlərin istehsal olunmasının əlamətlərini aşkar ediblər.

Nəşr iddia edir ki, söhbət Pxenyan yaxınlığında yerləşən istehsal kompleksində iki yeni maye qitələrarası ballistik raketinin hazırlanmasından gedə bilər. Nəşrin məlumatına görə, müvafiq nəticələr peyk şəkillərinə də istinad etməklə, son bir neçə həftədə çıxarılıb.

Daha əvvəl - iyulun əvvəlində peyk təsvirlərinin tədqiqatlarının nəticələrinə istinadən “Wall Street Journal” nəşri iddia edib ki, KXDR ballistik raketlərinin istehsalı üzrə müəssisənin genişləndirilməsi prosesini başa çatdırır.

“Planet Labs Inc” şirkətinin təsvirləri Kaliforniyadakı Middlberi beynəlxalq tədqiqatlar İnstitutunun mütəxəssisləri tərəfindən təhlil edilib. Söhbət Şimali Koreyanın Xamxın şəhəri ərazisində yerləşən obyektdən gedir. Nəşrin məlumatına görə, bu zavodda ballistik raketlər edilir və demək olar ki, hazırlıqsız bu raketlərlə ABŞ-ın Asiyadakı hərbi obyektlərinə zərbə vurmaq olar. Həmçinin, Pxenyan ən böyük mənzilli raketlərinə yerləşdiriləcək döyüş başlıqları isə ABŞ-ın kontinental hissəsini vura bilər.

Nəşr iddia edir ki, obyektin genişləndirilməsi Pxenyanın ballistik raketlərin istehsalı üzrə proqramı davam etdirməsini göstərir. Halbuki, ABŞ Şimali Koreyanın bu proqramdan imtina etməsinə çalışır.

“Koreya Xalq Demokratik Respublikasının qatı yanacaqlı raketlərin istehsalı infrastrukturunu genişləndirməsi, ehtimal ki, Şimali Koreya lideri Kim Çen Inın nüvə və raket proqramlarından imtina etməyi planlaşdırmadığını göstərir”, - nəşr Kaliforniya institutunun tədqiqatçılarından biri olan Devid Şmerleradan sitat gətirib.

Peykdən çəkilən şəkillər göstərir ki, zavodun xarici hissəsində aparılan iş ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın iyunun 12-də Sinqapurda keçirdiyi görüşün tarixi ilə təxminən üst-üstə düşüb.

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kimi Çen In arasında görüş keçirilib. Tərəflər görüşün nəticəsi olaraq razılaşma imzalayıblar. Razılaşma Koreya yarımadasının tam nüvəsizləşdirilməsini nəzərdə tutur.

Amerika hakimiyyətinin qiymətləndirmələrinə görə, Şimali Koreya nüvə və raket hazırlanması ilə məşğul olan təxminən 3000 obyektə sahibdir. (publika)

Rasim Musabəyovdan SƏRT SÖZLƏR: "Fransa qələt edir" - MÜZAKİRƏ-VİDEO

Xəbər xətti

İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
18:08 28.03.2024
İki ali məktəbə prorektor təyin edilib
17:55 28.03.2024
Azərbaycanda icbari sığorta üzrə daxilolmalar azalıb
17:50 28.03.2024
Əməkdar artist Rahib Əliyev vəfat edib
Əməkdar artist Rahib Əliyev vəfat edib
17:39 28.03.2024
Azərbaycanda taksilər üçün POS-terminal tələbi qoyulub
17:35 28.03.2024
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradıldı - QHT sektorunda İLK - FOTOLAR
17:33 28.03.2024
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANDI
17:23 28.03.2024
Azərbaycanda əlillərə məxsus avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edilir
17:10 28.03.2024
Şadlıq saraylarında menyular bahalaşdı - QİYMƏTLƏR
16:59 28.03.2024
CAR lideri Prezident İlham Əliyevi təbrik edib
16:49 28.03.2024
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
Taksilərə qoyulan rəng tələbinə aydınlıq gətirilib
16:41 28.03.2024
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
Qurban Qurbanov Elvin Cəfərquliyevi CƏRİMƏLƏDİ - SƏBƏB
16:22 28.03.2024
Bakıda ucuz avtomobillər satışa çıxarılacaq
16:16 28.03.2024
Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq
16:11 28.03.2024
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası dəyişdirilib
16:07 28.03.2024
Azərbaycanda bank AMB-nin tələblərini pozub
16:00 28.03.2024
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
Tunisdə təqsirli bilinən 4 nəfər ölüm cəzasına məhkum edilib
15:53 28.03.2024
Hamısı