ABŞ-da Rusiya prezidenti Vladimir Putinin Amerika lideri Donald Trampa təsiri haqqında sənədli film çəkilib.
Bu haqda “Variety” nəşri yazıb.
ABŞ-da avqustun 31-də prokata çıxarılacaq “Aktiv tədbirlər” sənədli filmində Rusiya və ABŞ prezidentlərinin çoxillik əlaqəsindən bəhs ediləcək. Qeyd edilir ki, filmdə həmçinin 2016-cı ildə Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə üzrə faktlardan danışılacaq.
Filmin rejissoru Cek Brayanın sözlərinə görə, Rusiya lideri artıq 30 ildir kiberhücumlar, təbliğat və korrupsiyanın köməyi ilə gizli siyasi müharibə aparır.