Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Mi-8 helikopterinin qəzaya uğraması ilə bağlı Rusiya xalqına və həlak olanların yaxınlarına başsağlığı ifadə edib.
O başsağlığını öz "Twitter" səhifəsindən ünvanlayıb.
Nazir başsağlığını rus dilində ifadə edib.
Xatırladaq ki, Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb.
Qəza nəticəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər həlak olub.