Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfər edəcək.
28-29 avqust tarixində nəzərdə tutulan səfər çərçivəsində Türkiyə lideri Almaniya Federal Respublikasının prezidenti Frank Uolter Şteynmeyer, kansler Angela Merkel və digər rəsmilərlə bir araya gələcək.
Ərdoğanın səfər çərçivəsində həyata keçirəcəyi işləri müəyyən edən komissiya prezidentin çantasına FETÖ terror təşkilatının 15 iyul çevrilişə cəhddən sonra Almaniyaya qaçan 12 ali səviyyəli üzvünü Türkiyəyə geri qaytarmaq siyahısını da qoyub.
İki ölkə arasında digər bir problem isə futbolçu Mesut Özilin İngiltərədə Türkiyə prezidenti ilə bir araya gəlməsinin diplomatik böhrana çevrilməsidir. Rəsmi Ankara Almaniyada yaşayan türklərin siyasi mövqeyinə dair hökumətin konkret addımlar atmas ilə bağlı gözləntilərini rəsmilərə bildirəcək.
Görüşlərin üçüncü istiqaməti isə Suriya, ABŞ hökumətinin İran və Rusiyaya tətbiq etdiyi sanksiyaların nəticələri olacaq.
Rəcəb Tayyib Ərdoğanın türk vətəndaşlara xitabən çıxış edib-etməyəcəyi hələ ki, dəqiqləşdirilməyib.