Ərdoğan Almaniyadan yardım istəyəcək | Eurasia Diary - ednews.net

14 Noyabr, Cümə axşamı


Ərdoğan Almaniyadan yardım istəyəcək

Dünya A- A A+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniyaya yardıma ehtiyacı olduğu üçün gəlir.
 
Eurasia Diary  xəbər verir ki, bu iddia ilə Almaniyanın “Berliner Zaytunq” qəzeti çıxış edib.
 
“Yaxın Şərqlə Avropa arasında ən önəmli bölgə olan Türkiyənin destabilizasiyasını heç kim arzulamır. Türkiyə liderinin səfəri zamanı yenə məhbuslar məsələsi gündəmə gələcək. Ərdoğan Almaniyaya qaçan və çevrilişə cəhd edənlər kimi xatırlananların ekstradisiyasını istəyəcək. Bunun da qarşılığında Türkiyə həbsdə olan 7 Almaniya vətəndaşını təhvil verəcək. Almaniya belə bir sövdələşməyə razı ola bilməz. Türkiyə hazırda iqtisadi böhran içindədir və böyük ehtimalla Türkiyə prezidenti buna görə Berlinə gəlir”, – deyə qəzet iddia edib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...