Ruisya baş naziri ABŞ-ı “siyasi, iqtisadi və digər metodlarla cavab verəcəyi” ilə hədələdi
“Rusiyaya yönəlik sanksiyalaırn güclənməsini iqtisadi müharibənin elan olunması kimi dəyərləndirmək olar”.
Eurasia Diary RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusya baş naziri Dmitri Medvedev bəyan edib.
“Gələcək sanksiyalar haqqında gedən söz-söhbəti mən şərh etmək istəmirəm. Lakin yalnız bir şeyi söyləyə bilərəm: əgər hansısa bankın fəaliyyətinin və ya bu və digər valyutadan istifadə edilməsinin qadağan olunması baş versə bu birbaşa iqtisadi müharibənin elanı anlamına gələcək. Belə bir müharibəyə isə həm iqtisadi, həm də siyasi, yeri gəldikdə isə başqa metodlarla cavab verilməlidir. Bizim amerikalı dostlarımız bunu başa düşməlidir”, - baş nazir qeyd edib.
“Ölkəmiz onsuz da 100 ildən çoxdur ki, daimi sanksiya təzyiqi altında öz mövcudiyyətini qoruyub. İndi bütün bunlar nə üçün edilir? Əsas məqsəd Rusiyanı beynəlxalq arenada iri rəqiblər sırasından vurub çıxarmaqdır”, - baş nazir sonda sözlərinə əlavə edib.