ABŞ ordusunun Mərkəzi Komandanlığının rəhbəri genreal Yozef Votel İran donanmasının hərbi təlimlərini yaxından analiz etdiklərini bildirib.
Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, general keçiriləcək hərbi təlimlərin İranın son çırpınışları olaraq xarakterizə edib.
“Biz İranın İran körfəzində, Hörmüz boğazında və Oman körfəzində fəallığını artırdığının fərqindəyik. Bu əlbəttə ki, bu ABŞ-ın göstərdiyi təzyiqlərə qarşı bir cavabdır. Biz təlimlərin Vaşinqton üçün göndərilən mesaj olduğunun yaxşı fərqindəyik. Lakin Tehran administrasiyasının bu addımları son çırpınışlardan başqa bir şey deyil”, - CENTCOM-un komandanı bildirib.