Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İran prezident administrasiyasının müdürü Mahmud Vayezi ilə müzakirələr aparıb.
Eurasia Diary xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi məlumatı Türkiyə Prezident Administrasiyasının mətbuat xidməti yayıb.
Bildirilib ki, tərəflər Ankarada bir araya gələrək ABŞ-ın İrana qarşı tətbiq etdiyi sansksiyaları müzakirə ediblər.
Belə ki, Ərdoğan ABŞ-ın tətbiq etdiyi bu sanksiyaları heç də xoş qarşılamadığını və Ankaranın bu addımlara qoşulmayacağını bildirib.
Ərdoğan İranın hərbi təlimlərlə bağlı planlarına da toxunaraq bildirib ki, Türkiyə tərəflər arasında yaşana biləcək potensial hərbi qarşıdurmadan narahatlıq duyur.
Buna görə də hər iki ölkəni maksimum həssas olmağa çağıran Türkiyə prezidenti sanksiyaların təsiri azaltmaq məqsədilə qarşılıqlı əməkdaşlıqların daha da gücləndirilməsini təklif edib.