İran bir ildən çox müddət ərzində ilk dəfə ballistik raket sınağını keçirib.
Eurasia Diary xəbər verir ki, bu haqda diplomatik dairələrdəki mənbələrə istinadən “Fox News” telekanalı bildirib.
“İran itaətsizlik (ABŞ nəzərdə tutulur –red.) əlaməti olaraq prezident Donald Trampın nüvə sazişindən çıxmasından bir neçə ay sonra və bir ildən çox müddət ərzində ilk dəfə ballistik raketi sınaqdan keçirdi. Bu, Tramp administrasiyasının İran barəsində sanksiyaları bərpa etməsindən bir neçə gün əvvəl baş verdi”, - telekanal Amerika administrasiyasındakı üç məmura istinadən xəbər verib.
Mənbələrin məlumatına görə, raketin işə salınması İranın cənub-şərqində olub və Amerika peykləri tərəfindən qeydə alınıb. Raket İran səhrasında sınaq poliqonuna qədər uçuş trayektoriyası üzrə 100 mildən çox (təxminən 160 kilometr) uçub.