Fransanın Yuxarı Alplar departamentində planer qəzaya uğrayıb.
Yerli vaxtla saat 13:30-da Sen-Bonne-an-Şansor kommunasında baş verən qəzada 2 nəfər həlak olub.
Həlak olanlar 50-yaşlı kişi və yeniyetmə olub. Onların Avstriya vətəndaşı olduğu bildirilir.
Qəzanın səbəbi müəyyən edilməyib. Qəza ilə bağlı araşdırma başlanılıb.