Rusiya Ərdoğanın çağırışına CAVAB VERDİ - ABŞ-ın sanksiyalarına qarşı YENİ YOL | Eurasia Diary - ednews.net

20 Noyabr, Çərşənbə


Rusiya Ərdoğanın çağırışına CAVAB VERDİ - ABŞ-ın sanksiyalarına qarşı YENİ YOL

Dünya A- A A+

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəsi ilə ticarət edən dövlətlərin milli valyutadan istifadə etməsi çağırışına Kremldən cavab gəlib.

Kremlin sözçüsü Dmitri Peskov Ərdoğanın çağırışı haqqında danışıb və bütün xarici ticarəti milli valyuta ilə həyata keçirmək istədiklərini dünyaya elan edib. Sözçü Türkiyə ilə aparılan danışıqlarda bu mövzunun bir neçə dəfə gündəmə gətirildiyini vurğulayıb.

Qeyd edək ki, Türkiyə prezidenti ötən həftə Türkiyənin Çin, Rusiya və Ukrayna ilə ticarətini milli valyuta ilə həyata keçirmək üçün işlərə başldıqlarını açıqlamışdı. Buna səbəb isə ABŞ-ın Türkiyəyə tətbiq etdiyi maliyyə sanksiyalarından sonra Türkiyə lirəsinin dəyərdən düşməsidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...