İtaliyada onlarla insanın ölümü ilə nəticələnən körpünün çökməsi olayına 45 dəqiqəlik fırtına səbəb olub.
Faciə sonrası hadisə yerinə gələnlər körpünün çökməsinə fırtınanın səbəb olduğu qənaətinə gəliblər. Hazırda hadisə yerində xilasetmə işləri davam etdirilir.
***
İtaliyanın Genuya şəhərində avtomobil körpüsü çöküb.
Hadisə nəticəsində çoxlu sayda insan həyatını itirib.
Çoxlu sayda yaralı var. Hadisənin başvermə səbəbi araşdırılır.