İraqın baş naziri Heydər əl-İbadi təcili olaraq Ankaraya səfər edib.
Türkiyə ilə İraq arasında əlaqələri müzakirə etmək üçün Ankaraya gələn İbadini prezident Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
İbadi Ərdoğanla təkbətək, nümayəndə heyətinin iştirakı ilə geniş tərkiblə görüşü olacaq.
Tədbirdə iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi, Yaxın Şərqdəki durum və beynəlxalq vəziyyət müzakirə olunacaq.
Görüşün yekunu olaraq liderlər mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.