Dollar vasitəsilə dünya ölkələrinə iqtisadi təzyiq göstərən Donald Tramp hökumətinin bu addımı öz ölkəsi ABŞ-a da baha başa gəlib.
Eurasia Diary xəbər verir ki, Meksika, Çin və Türkiyə başda olmaqla bir çox ölkəyə əlavə gömrük vergisi sanksiyaları tətbiq edən ABŞ prezidenti ölkəsindəki polad, alüminium, tikinti və avtomobil sektorlarını çətin vəziyyətə salıb.
Xüsusilə polad və alüminiuma tətbiq edilən əlavə vergilərinin təsiri səbəbindən ABŞ-ın “General Motors”, “AX Steel” və “Boinq” də daxil olmaqla, mühüm şirkətlərinin bazar dəyəri 45 milyard dollar azalıb.
CNN İnterneyşnlın xəbərinə görə, xüsusilə, Türkiyə ilə ticarət müharibəsi ABŞ birjalarına ciddi zərər verib.