"Rusiya ilə tarixdə misli görünməmiş layihə hazırlayırıq" Paşinyan

Dünya 11:30 18.08.2018
Hakimiyyətə gəlməsinin 100 günü münasibətilə ötən axşam İrəvanda hesabat mitinqi keçirən Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin daxili və xarici siyasətindəki bir sıra məsələlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Onların sırasında son zamanlar gərginləşən Rusiya-Ermənistan münasibətləri də yer alıb.
 
Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlıq keçirməsilə bağlı bəyanatına cavab olaraq Paşinyan “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də, rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə uyğunlaşmalıdırlar” deməsinin bir çoxları tərəfindən səhv qəbul edildiyini bildirib. Paşinyanın sözlərinə görə, söylədikləri əvvəlki hökumətin üzvləri tərəfindən qəsdən başqa istiqamətə yozulub. Lakin baş nazirin fikrincə, sələflərinin bəyanatlarına baxmayaraq, Moskva ilə İrəvanın münasibətləri yaxşı səviyyədədir.
 
“Məsələ ondadır ki, həm Qərbdəki, həm də Rusiyadakı həmkarlarımız Ermənistandakı vəziyyəti hələ tam qiymətləndirə bilməyiblər. Və bundan çıxış edərək bu gün Ermənistan-Rusiya münasibətlərinin pis olmasından danışmaq sadəcə gülüncdür. Hakimiyyətdə olduğum bu müddət ərzində Rusiya prezidenti Vladimir Putinlə 2 dəfə görüşmüşəm və 3 dəfə telefonla danışmışam. Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan-Rusiya münasibətləri nəinki pis vəziyyətdə deyil, hətta Respublikaçılar partiyası nümayəndələrinin dediklərinin əksinə olaraq yaxşı vəziyyətdədir və gün keçdikcə daha da yaxşılaşacaq”, – deyə erməni baş nazir bildirib.
 
Paşinyan onu da xatırladıb ki, 3 ay bundan əvvəl Rusiya-Ermənistan əlaqələrinin yeni səviyyəyə qalxacağını bəyan edib. Bu mənada Paşinyan İrəvanla Moskva arasındakı yeni irimiqyaslı layihənin anonsunu verib: 
 
“Bütün müvafiq prosedurlar başa çatdıqdan sonra siz hamınız SSRİ dağıldıqdan sonra Rusiya tarixində və Ermənistanın yeni tarixində misli görünməmiş bir humanitar layihə haqqında məlumat alacaqsınız. Bu, münasibətlərimizi yeni səviyyəyə qaldırmağımızın konkret sübutu olacaq. Ermənistan-Rusiya strateji əlaqələri daha da dərinləşəcək və inkişaf edəcək”. (AzVision.az)
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO

Xəbər xətti

Dünya Güləş Birliyi Turan Bayramovun Paris-2024-ə lisenziya qazandığını təsdiqləyib
02:30 24.04.2024
Ukrayna Ali Radası məktəblərdə ibtidai hərbi hazırlığın keçirilməsi haqqında qanun qəbul edib
01:00 24.04.2024
“Barselona” Arauxonu satacaq
00:20 24.04.2024
Azərbaycanda bu taksi şirkəti bağlanır
23:55 23.04.2024
Goranboyda maşın yolu keçən piyadanı VURUB
23:30 23.04.2024
Azərbaycanın U-17 millisi Belarusa uduzub
23:00 23.04.2024
İsveçdə 1,4 tona yaxın kokain müsadirə edilib
22:44 23.04.2024
“Gallup”: Dünyada Vaşinqtondan narazılıq reytinqi artıb
22:22 23.04.2024
Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub
22:00 23.04.2024
Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub
21:44 23.04.2024
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı - VİDEO
21:36 23.04.2024
Rusiya XİN: Azərbaycan-Ermənistan sülh müqaviləsinin razılaşdırılması üçün səylər davam etdirilməlidir
21:28 23.04.2024
SOCAR prezidenti Böyük Britaniyanın rəsmiləri ilə əməkdaşlıq məsələlərini müzakirə edib
21:21 23.04.2024
Ceyms Şarp: Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan aparılan danışıqlar böyük addımdır - VİDEO
21:00 23.04.2024
Ağdamda bir gün - Mina axtaran xanımlar - VİDEO
20:39 23.04.2024
Politoloq: Delimitasiya prosesinin başlanğıcı Bakı ilə İrəvan arasında sülhə gedən yoldur
20:22 23.04.2024
Azərbaycanda fəaliyyət göstərən ispan şirkətlərinin sayı açıqlanıb
20:00 23.04.2024
Şəkidə itkin düşən 64 yaşlı qadının meyiti çayda tapılıb
19:40 23.04.2024
HƏMAS Türkiyə və Qətər arasında seçim etdi
19:25 23.04.2024
Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar
19:10 23.04.2024
Azad olunan Xankəndidə ilk körpə dünyaya gəlib
19:10 23.04.2024
Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb
18:55 23.04.2024
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
18:40 23.04.2024
Ceyhun Bayramov “CEVRO” İnstitutunda Ermənistanla normallaşma prosesinin hazırkı durumundan danışıb
18:33 23.04.2024
Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətləri qura bilmişik
18:30 23.04.2024
Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük
18:22 23.04.2024
Azad olunmuş 4 kəndin heç yerdə yayılmayan fotoları - ÖZƏL
18:12 23.04.2024
Xankəndidə doğulan körpənin atası: “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
17:54 23.04.2024
Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu DAYANDIRILDI
17:48 23.04.2024
İlham Əliyev: "Azərbaycan Avropa və İslam sivilizasiyalarının dəyərlərini qəbul edib”
17:38 23.04.2024
Prezident: “Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir”
17:26 23.04.2024
Şamaxı və İsmayıllıya dolu düşüb - FAKTİKİ HAVA
17:23 23.04.2024
Xankəndidəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib
17:11 23.04.2024
İlham Əliyev: "Biz ermənilərə belə bir şansı verməyəcəyik"
17:02 23.04.2024
Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır
16:39 23.04.2024
İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”
16:35 23.04.2024
Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur
16:32 23.04.2024
SON DƏQİQƏ: Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı
16:23 23.04.2024
Prezident: COP29-dan əvvəl Ermənistanla baza prinsipləri üzrə razılığa gəlmək tam real görünür
16:17 23.04.2024
İlham Əliyev: Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
16:09 23.04.2024
Hamısı