Doğma vǝtǝnlǝrindǝn 72 il ǝvvǝl sürgün edilǝn Krım Tatarlarını yad etmǝk mǝqsǝdilǝ Ankarada “matǝm mitinqi” keçirilib.
Krım Tatar Tǝşkilatları Platforması tǝrǝfindǝn tǝşkil edilǝn mitinq üçün Türkiyǝnin müxtǝlif şǝhǝrlǝrindǝn xeyli sayda Krım Türkü Atatürk Mǝdǝniyyǝt Mǝrkǝzinin qabağında toplaşıb.
Krım, Ukrayna vǝ Türk bayrağı daşıyan qrup müxtǝlif şüarlar sǝslǝndirǝrǝk Anadolu Meydanına gǝlib.
Türk vǝ Krım şǝhidlǝrinin sükutla yad edildiyi mitinqdǝ Türkiyǝ vǝ Krım milli himnlǝri sǝslǝndirilib, dualar edilib vǝ Krım mahnıları oxunub.
Krım dǝrnǝyinin sǝdri Tuncǝr Kalkay çıxış edǝrǝk Rusiyanın 72 il ǝvvǝlki tǝzyiqi vǝ zülmünü bugün dǝ bölgǝdǝ tǝkrarladığını söylǝyib.
Ukraynanın nahaq işğalına qarşı çıxan Krım Tatarlarının mübarizǝlǝrini davam etdirǝcǝklǝrini vurğulayan Kalkay bu mübarizǝdǝ onlara dǝstǝk olan, vicdan vǝ günahsızlıqdan tǝrǝf olanlara tǝşǝkkür edib.
Ukraynanın Ankara sǝfiri Sergiy Korsunsky dǝ “Krımın işğalına mane ola bilmǝdiyimiz üçün bugün hǝlǝ dǝ utanıram. Krımın işğalına son qoyacağımız günlǝr yaxındır.” deyib.