Mayın 14-də "Nəqba" günü ərəfəsində İranın paytaxtı Tehranda işğalçı İsrail əleyhinə karikatura yarışmasına start verilib.
Karikatura müsabiqəsində iştirak üçün 50 ölkədən 150 karikaturaçı qatılıb. Müsabiqə təşkilatçısı Məsud Şücai Təbətəbai müsabiqənin təşkilində məqsədin insanları yəhudilərin soyqırımı günü sayılan və real olması müəyyən qisim insanlar tərəfindən şübhə ilə qarşılanan "Holokost"un yalan və ya həqiqətən olmasına təşviq etmək olmadığını açıqlayıb.
Müsabiqənin qeyri-hökumət təşkilatı tərəfindən keçirildiyini deyən Məsud Şücai Təbətəbai bu müsabiqənin təşkil olunmasının digər səbəbinin də Fransanın İslam peyğəmbərini təhqir edən "Çarli Hebdo" jurnalına cavab olduğunu da sözlərinə əlavə edib. Xatırladaq ki, İsrail 2015-ci ildə keçirilən eyni məzmunlu müsabiqənin ləğv olunmasını tələb etmişdi.
Qeyd edək ki, "Nəqba" günü - İsrailin fələstinlilərin torpaqlarını işğal etməsi və yerli əhalinin köçkün düşməsi günü kimi qeyd olunan gündür. Mənbə: http://eastnews.org/news/1721
Eastnews.org