Venesuelladakı dəhşətli zəlzələdən sonra bu dəfə də ABŞ silkələndi.
Ölkənin Oreqon ştatında 6,3 bal gücündə zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidmətinin yaydığı məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla səhər saat 09:31-da hiss olunub.
Yeraltı təkanların episentri Oreqon ştatı yaxınlığında yerləşən Bandon şəhərindən 294 kilometr qərbdədir. Zəlzələ ocağının 12 kilometr dərinlikdə olduğu bildirilib.
Hadisə zamanı insan tələfatı və dağıntılar barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, bu gecə Venesuelanın Sukre ştatında 7,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ paytaxt Karakas da daxil olmaqla, bütün ölkə ərazisində hiss olunub.