Almaniyada 1915-ci ildə erməni xalqına qarşı dəhşətli münasibəti xatırlayırlar.
Bu sözləri hazırda İrəvanda səfərdə olan Almaniya kansleri Angela Merkel mətbuat konfransında “soyqırım abidəsini” ziyarət etməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz anlayırıq ki, 1915-ci ildə erməni xalqına qarşı dəhşətli hadisə baş verib. Bu faktı unutmaq olmaz”, - Merkel bildirib.
Angela Merkel jurnalistin sualına cavabında “soyqırım” sözünü işlətməyib.
Qeyd edək ki, qondarma soyqırım iddialarının aid edildiyi 1915-ci ildə Birinci Dünya müharibəsi gedirdi və Osmanlı imperiyası Almaniya ilə müttəfiq idi.