ABŞ-ın Florida ştatının Ceksonvil şəhərində baş verən atışmanın görüntüləri yayılıb.
“Jacksonville Landing” əyləncə kompleksində kiber idmanı üzrə yarış zamanı baş verən hadisə birbaşa yayımının kadrlarına düşüb.
Naməlum silahlı insanlara atəş açıb. Nəticədə, 4 nəfər həlak olub, daha 11-i yaralanıb.
Polis silahlı şəxsin öldürüldüyünü açıqlayıb. Hadisə şahidləri bildirirlər ki, silahlı yarışda iştirak edən və uduzan oyunçu idi. Polis hazırda onun cinayət yoldaşlarının olub-olmadığını araşdırır.