Erdoğan qısa zaman ərzində ABŞ-ın etirazlarına baxmayaraq S-400 raketlərinin əldə olunmasını istəyir. Hərbi zabitlərin məzun günündə iştirak edən Türkiyə prezidenti bu raketlərin tez bir zamanda alınmasına ehtiyac olduğunu bildirib.
S-400 raket sistemi 400 kilometr radiusundakı hədəfləri vurmaq gücünə malikdir. ABŞ hərbi rəsmiləri Türkiyənin bu raketləri alacağı təqdirdə NATO ilə Türkiyə arasında qırılmanın artacağını ehtimal ediblər. Qeyd edək ki, ABŞ bu ay amerikalı keşişin tutulmasına görə Türkiyəyə qarşı sanksiya tətbiq edib.
Türkiyə bu raketləri almaq istəyən yeganə dövlət deyil, ABŞ Hindistanı bu raketləri alacağı təqdirdə sanksiya tətbiq etməsi ilə hədələyib. Çin, Səudiyyə Ərəbistanı və Qatar da raketləri almağı planlaşdırır.