Emanuel Makron Aİ-nin təhlükəsizlik məsələsində ABŞ-a güvənməyəcəyini bildirib.
“Avropa İttifaqı təhlükəsizlik işlərində ABŞ-a güvənmə bilməz” Emanuel Makron Parisdəki çıxışında söyləyib.
Fransa ilə ABŞ arasında münasibətlərin ilk ziddiyət nöqtəsi İranın nüvə əleyhinə danışıqları zamanı baş verib. Bu zaman, Fransa artıq ABŞ-ın vassalı kimi davranmağı dayandırmalıyıq fikrini açıqlayıb.
Daha sonra İyun ayında, Trampın alminium və polada gömrük rüsümlarını artırması Fransa tərəfindən etirazla qarşılanıb. “İqtisadi milliyətçilik müharibəyə yol açır” Makron söyləyib.
Luk Rivet adlı azad jurnalist bu hadisələri “ABŞ və Aİ arasında sevgi hekayəti bitdi” başlığı ilə izah edib.
ABŞ-la münasibətlərin pisləşməsi Aİ-ni Rusiyaya tərəf yönləndirə bilərmi?
“Rusiya və Türkiyə ilə strateji əlaqələrin inkişafı uzunmüddətli stabillik yaradacaq.” deyə dörd gün əvvəl Makron Helsinkidəki çıxışında söyləyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov isə “ABŞ-ın beynəlxalq arenadakı addımları hər kəsi düşünməyə vadar edir.”
Qeyd edək ki, Avstriya, Macarıstan, Almaniya və Fransada bəzi avroseptik tərəflər Rusiya ilə əlaqələrin inkişafını dəstəkləyir və sanksiyaların ləğv edilməsini tələb edirlər.