Əfqanıstanda ABŞ qüvvələri dünən ölkədəki İŞİD rəhbərinin öldüyünü açıqlayıb.
25 Avqustda şərqi Nanqarhara endirilmiş zərbələr zamanı İŞİD lideri əbu Səid Orakzayın öldüyü bildirilib.
2016-cı ilin İyulundan bəri İŞİD liderlərinin üçüncü ölüm halıdır.
Bazar günü ABŞ-ın Əfqanıstandakı komandanlığının rəhbəri dəyişilib, ordu generalı Con Nikolson ordu generalı Skot Miller ilə əvəzlənib. Nikolson Taliban ilə danışıqların mümkünlüyünü açıqlamışdı. O deyirdi ki, Taliban və ABŞ-ın ortaq düşməni mövcuddur - İŞİD.
Sülh danışıqları mümkündürmü?
“Mən inanıram ki, bəzi Taliban üzvləri danışıqları istəyir, lakin onlar döyüşməyə vadar edilir.” Nikolson söyləyib.
Bazar günü Taliban lideri Molla Şirağa CNN-ə açıqlamasında danışıqlara gedə biləcəyini deyib.
“Sülh Əfqanıstan və əfqanlar üçün vacibdir” deyə Ağa söyləyib, “Biz Pakistan, İran, Rusiya və Amerikanın Əfqanıstana sülh gətirəcəyini gözləyə bilmərik”.
Qəznədəki hücumlar Talibanın danışıqlara getməsinin mümkünlüyünü ehtimal edir. Baxmayaraq ki, əsas məqsəd İŞİD-ın ölkədən çıxarılmasıdır, Taliban hələ də ABŞ və Əfqanıstan hökümətinə etimad göstərmir.
“Bizim birinci düşmənimiz İŞİD-dir sonra hökumət”, Molla Şirağa söyləyib.