Xəbər verdimiz kimi, bu gün İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Suriya hökümət rəsmiləri ilə danışıqlar üçün Dəməşqə yollanıb.
Zərifin Suriya prezidenti Bəşər Əsəd və baş nazir İmad Xamis ilə danışıqları planlaşdırılır.
Qeyd edək ki, İran yeddi illik vətəndaş müharibəsində Suriyada Əsəd rejimini dəstəkləyir. Fars News-a verdiyi açıqlamada xarici işlər nazirliyinin mətbuat katibi Bəhram Qasemi Məhəmməd Cavad Zərifin Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və Rusiya prezidenti Vladmir Putinlə də İranda görüşəcəyini bildirib.
“Mən bu görüşlərin Suriyada və regionda sülh yaradacağına ümid edirəm”
Bu görüş İdlib hadisələrindən sonraya təsadüf edir. “Hal-hazırda anti-hökumət qüvvələrinin son istinadgahı İdlib ən mürəkkəb məsələdir. Suriya höküməti bu böhrana son qoymaqda maraqlıdır.“ deyə Qasemi Fars News-a müsahibəsində söyləyib.
“Suriya höküməti öz regionunda terroristlərlə mübarizə aparmaq hüququna malikdir. Suriya hökümətinin ehtiyacı olduğu müddətdə İran məşvərətçi yardımını əsirgəməyəcək”, Qasemi bildirib.