"Moskva Ermənistandakı qaynar situasiya ilə maraqlanır, lakin bütün bunlar Ermənistanın daxili işidir", deyə Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda tələbələr önündə çıxışı zamanı bildirib.
“Biz on il bundan əvvəl baş verənlərin axtarışlarının aparılması və həbslərin fonunda Ermənistandakı situasiyanı qaynar hesab edirik” deyə Lavrov söyləyib. “Biz inanırıq ki, bu hadisələr Ermənistanın daxili işləridir və ölkənin qanunu və konstitusiyası çərçivəsində həll ediləcək. Bununla da Ermənistandakı vəziyyət öz həllini tapacaq”.
Rusiya strateji əməkdaşlıq etdiyi ölkələrin siyasi stabilliyinin yaxşılaşmasında maraqlıdır. “Biz prezident, baş nazir seçkiləri kimi konstitusiya çərçivəsində baş verən hadisələri izləyirik. Biz bu hadisələrdə heç bir bəyanat irəli sürmədik, başqa qüvvələrin də eyni şəkildə davranması barədə fikir irəli sürə bilmərəm”, Lavrov söyləyib.