Avropa İttifaqı vahid şəkildə ABŞ-dan dovşan kimi qorxub gizlənməmək qərarına gəlməlidir bunu Almaniya xarici işlər naziri Hayko Maas bildirib
“Biz dovşanın ilandan qorxub gizləndiyi kimi ABŞ-dan iqtisadi sanksiyalar və gömrük rüsumlarına görə çəkinməməliyik” deyə Maas söyləyib.
Avropa İttifaqının önəmli qərarları qəbul etmək mexanizmi dəyişməlidir. Yekdillik bəzən ittifaq daxili təzyiqlər yarada bilir.
“Aİ öz orijinal formasında olan vaxtlarda qərar qəbul etmə daha rahat idi. 2004-cü ildə 10 ölkənin ittifaqa qatılması bu mexanizmi daha da mürəkkəbləşdirdi, onların hər birinin fərqli məsələlərdə fərqli qərarları var.”
Rusiya Milli Elmlər Akademiyasının Avropa Tədqiqatlar İnstitunun rəhbəri Aleksey Kuznetsov bildirib ki, Aİ-də qərar qəbul etmə mexanizmi dəyişdirilsə o zaman institusional dəyişikliklər etmək vacib olacaq.
“Konsensus kiçik dövlətlərin haqqlarını Almaniya, Fransa və digər böyük Aİ dövlətlərinin hegemonluğundan müdafiə edir. Lakin indi vəziyyət dəyişib, Aİ-nin ənənəvi tərəfdaşı ABŞ ilə münasibətləri gərginləşib, hətta bəzi Aİ ölkələri onu düşmən qismində görür. Almaniya kimi bir çox Aİ ölkələri bu vəziyyətə reaksiya verməlidir və bu baxımdan Almaniya xarici işlər nazirinin fikirləri məntiqə uyğundur. ”