Eurasia Diary xəbər verir ki, Almaniyanın Xarici İşlər Naziri Heiko Maasın Türkiyəyə gəlməsinin əsas səbəbi 7 alman vətəndaşının burada həbsdə saxlanılmasıdır. Bu barədə Maas belə açıqlama verib: "Mən də Türkiyəyə səfər edəcəyəm. Türkiyədə əsassız ittihamlarla 7 Almaniya vətəndaşı həbsdə saxlanılır. İttihamnamə olmadan insanlar bir ildən çoxdur ki, həbsxanadadır. Bu qəbuledilməz vəziyyətə son qoyulması lazımdır".