Fransa fransız və britaniyalı dənizçilərinin növbəti münaqişəsində donanmanı hərəkətə gətirəcəyini açıqlayıb.
Fransanın Kənd Təssərüfatı Naziri Stefan Traver münaqişələrin təkrar olunacağı təqdirdə suları mühafizə etmək üçün donanmadan istifadə ediləcəyini bildirib.
“Biz bu cür davam edə bilmərik, biz bu cür toqquşmalara yol verə bilmərik,” deyə Traver söyləyib.
“Mən deyə bilmirem Britaniya donanması bu sahədə olacaq ya yox, ancaq Fransa donanması müdaxilə etməyə və sularımızı mühafizə etməyə hazırdır”
Sabah hər iki ölkənin nümayəndələri məsələni müzakirə etmək üçün Londonda görüşəcək.