Merkeldən Ərdoğana dəstək - Putinə zəng etdi | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


Merkeldən Ərdoğana dəstək - Putinə zəng etdi

Dünya A- A A+

Almaniya kansleri Angela Merkel Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İdlib böhranını müzakirə edib.

Merkel bu barədə məlumatı RTL televiziyasına müsahibəsində deyib. O, İdlibdə fəlakətin yolverilməz olduğunu bildirib:

“Biz imkan verməməliyik ki, İdlibdə humanitar fəlakət yaransın. Bu çox vacib məsələdir”.

Qeyd edək ki, Suriya Rusiya və İranın dəstəyi ilə İdlibə hücuma hazırlaşır. İki gün öncə isə Rusiya aviasiyası İdlibi bombalayıb.

İdlibin və ümumiyyətlə, Suriyadakı vəziyyətlə bağlı Rusiya-İran-Türkiyə liderlərinin Tehran sammiti sabah keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...