Yaponiyanın Hokkaydo rayonunda 6,7 bal gücündə zəlzələ baş verib.
Xarici KİV xəbər verir ki, zəlzələ nəticəsində yüzlərlə ev dağılıb, 20 nəfərin itkin düşdüyü bildirilir. Hadisə zamanı dağıntılar altında qalan zəlzələ qurbanlarının axtarışına 25 min əsgər cəlb olunub. 9 milyon əhalinin yaşadığı Atsuma sakinləri yaxınları barədə xəbər ala bilmədiklərini bildiriblər. Hokkaydo adasının bir çox yolları bağlanığından ada ilə əlaqə kəsilib. Zəlzələdən sonra qorxunc görüntülər ortaya çıxıb.