Eurasia Diary xəbər verir ki, Tehran zirvə görüşündə Ərdoğan "bugünkü görüş bəlkə də son şansdır" deyərək əslində öz həmsöhbətlərini silkələməyə çalışırdı.
İdlibdəki 3,5 milyon insanın təhlükəsizliyi üçün canla-başla çalışan bir lider imici ilə Ərdoğan bu görüşdə Rusiya və İranı atəşkəsə məcbur etməyə səy göstərdi. Putin atəşkəs üçün regiondakı digər silahlı qruplaşmaların burada olmadığını deyərək atəşkəs fikrindən yayınmağa çalışsa da Ərdoğan mətbuata verilən açıqlamada "həlledici zərbəni vurdu". Belə ki o, regionda atəşkəsi təmin etmək üçün PYD də daxil olmaqla bütün silahlı birləşmələrin tərkisilah edilməsini təklif etdi. Məhz bu açıqlamadan sonra İdlib məsələsində İran və Rusiya öz məqsədlərinə çata bilmədiklərini anladılar.