Ayın 23-də yeni hava limanımızda texnofestival çərçivəsində mühüm bir nümayiş təşkil olunacaq. Orada F-16 qırıcısı ilə uçulacaq.
Bu sözləri Tehran səfərindən dönərkən təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müdafiə nazirimiz Hulusi bəy və Hava Qüvvələri komandirimizlə bərabər F-16 qırıcısı ilə ediləcək eniş proqramı uyğun gəlsə, məndə qatılacam”, - Ərdoğan bildirib.